Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Ulu Öndərin irsi öyrənilir.

05 mart 2014 | 11:00

4 mart 2014-cü il tarixdə müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində açıq dərslərin tədrisinə başlanıldı.
          Açıq dərslər zamanı bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, iqtisadi və siyasi sabitliyə nail olunmuşdur. Respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, Azərbaycanda hüquqi və demokratik  dövlət, ordu quruculuğu, təhsil, mədəniyyət, idmanın inkişafı və digər məsələlər barədə ətraflı məlumat verilmiş, həmçinin qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu daxili və xarici siyasət, sosial-iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
          Açıq dərslərdə Qaradağ rayonu ərazisində yerləşən 105, 106, 110, 127 və 166 nömrəli tam orta məktəblərin XI sinif şagirdləri iştirak edirdilər.
Məktəblilər açıq dərslərdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmiş, onun şərəfli ömür yolunu əks etdirən videoçarxı izləmiş, eksponatlar, foto və kitablarla tanış olmuşlar.

Keçidlər