Şriftin ölçüsü :

Saytın rəngi :

“5 mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir keçirildi.

05 mart 2014 | 11:00

04 mart 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş dəyirmi masa keçirildi.
          Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov və digər qonaqlar iştirak edirdilər.
          Tədbiri giriş nitqi ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Azərbaycan Respublikası Prezidenti, milli idmanımızın hamisi İlham Əliyevin xalqımızın sağlamlığının möhkəmlənməsində, gənclərin fiziki inkişafında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında bədən tərbiyəsinin əhəmiyyətini və rolunu nəzərə alaraq  5 mart tarixinin  Azərbaycan Respublikasında Bədən Təbiyəsi və İdman günü kimi qeyd olunması haqqında 4 mart 2005-ci il tarixli 654 saylı  sərəncam imzaladığını qeyd etdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova öz növbəsində Ölkəmizin bütün sahələrdə olduğu kimi, idman sahəsində də qazandığı böyük və fundamental uğurları təbii olaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə təsadüf etməsini tamamı ilə məntiqi və qanunauyğunluq olaraq səciyyələndirdi. Bu uğurların əsasında Ulu Öndərin titanik fəaliyyəti, nadir və səriştəli məharəti, ardıcıl və prinsipial mövqeyi dayanır. Gəncləri idman vasitəsi ilə layiqli vətəndaş kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançılara hərtərəfli dəstək verərək onların gücü ilə Azərbaycanı dünyaya tanıtdırmaq Heydər Əliyevin idman siyasətinin məqsədi və mahiyyəti idi. Bu gün bu uğurlu yol Ulu Öndərin böyük ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis  müavini Rəşad Əliyev 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkədə milli idman növləri ilə yanaşı Olimpiya idman növləri də böyük vüsət aldığını vurğuladı. İdmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait Azərbaycana medalların axıb gəlməsi ilə bərabər Respublikamızı Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirdi. Artıq ölkəmiz dünyada təbii sərvətləri ilə yanaşı, həm də bir idman ölkəsi kimi tanınır. Bütün bu göstəricilər Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə xidmət edir. Elə bizim 2015-ci ildə ilk Avropa Olimpiya oyunlarına ev sahibliyi etməsi deyilənlərə canlı misaldır.
Tədbirin sonunda bir neçə idman müəllimi, beynəlxalq turnirlərin qalibi olmuş gənc idmançılar mükafatlandırıldılar, xatirə şəkli çəkildi.

Keçidlər