Qaradağ rayonunda yaşayan Xocalılarla görüş keçirildi.
25 fevral 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Qaradağ rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirildi.
Görüşdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsinin iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı, ən qanlı səhifəsi kimi vurğuladı. Xocalı qətliamı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisi olduğunu bildərərək bu faciənin dünya miqyasında tanıdılması istiqamətində dövlətimiz tərəfindən aparılan məqsədyönlü işlər barədə danışdı. Bu gün hər bir vətəndaş kimi Xocalılara da xüsusi diqqət və qayğının mövducluğunu söyləyərək onların acılarına hər kəsin şərik olduğunu bildirdi.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan Xocalı ailələrinə rayon İcra hakimiyyəti tərəfindən ərzaq və maddi yardım verildi.