Şriftin ölçüsü :

Saytın rəngi :

“Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılmasının siyasi-hüquqi mexanizmləri” mövzusunda dəyirmi masa keçirildi.

22 fevral 2014 | 11:00

21 fevral 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Xocalıya ədalət” kampaniyası: “Siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” beynəlxalq konfransı çərçivəsində “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılmasının siyasi-hüquqi mexanizmləri” mövzusunda dəyirmi masa keçirildi.
İlk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırım kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsini tarixi zərurət olaraq qaldığını vurğuladı. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı praktik təşəbbüsün isə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf etdiyi söylədi. Bu məqsəd ilə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ümummilli liderin təşəbbüsü ilə 24 fevral 1994-cü il tarixində Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edərək, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət davam etdirilir.
Xocalı gerçəkliklərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində Heydər Əliyev Fondunun prezidenti Meriban xanın Əliyevanın xidmətlərinin olduqca böyük olduğu, Fondun dəstəyi və təşkilatçılığı ilə hər il keçirilən silsilə tədbirlərin beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaşdırdığını xüsusi qeyd etmişdir.
Daha sonra Quram Marxuliya “Dağlıq Qarabağda erməni terrorizminin fenomenoloji tarixi”, Valeri Bondarenko “Azərbaycan və Belarus xalqlarının faciələri:tarixi paralellər”, Həvva Məmmədova “Ermənistanın Azərbaycana qarşı soyqırım siyasəti:Xocalı faciəsi”, Vüsalə Dadaşova “Xocalı soyqırımı:reallıqlar, həqiqətlər”, Ayre Qut “Xocalı soyqırımı:İsraildən baxış”, Elman Nəsirov “Xocalı soyqırımı:siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq təcrübə və onun tətbiqi mexanizmləri” mövzularında çıxışlar etdilər.
Hər bir natiq Ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin birbaşa olaraq beynəlxalq hüquqa zidd olduğunu qeyd etmişdir. Xocalıda baş verən hadisələrdə azərbaycanlıların təbii hüquqları-xüsusilə yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət hüquqları kəskin şəkildə pozulub, tapdanıldığı, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımında İnsan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə Konvensiyası, BMT-nin Baş Məclisinin 10 dekabr 1948-ci ildə elan olunan İnsan hüquqlarının Ümumi Bəyannaməsinin, “İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın maddələri ciddi şəkildə pozulduğu səsləndi.
Soyqırımın insanlığa qarşı cinayət, insanın varlığını alt-üst edən, yaşamını sarsıdan dəhşət olduğu, soyqırıma siyasi qiymət vermək üçün ilk növbədə onu düşünülmüş siyasət olduğunu vurğulamağın, dövlət siyasəti səviyyəsində həyata keçirilməsini pisləməyin və bu yöndə beynəlxalq cəbhədən çıxış etməyin ən zəruri məsələ kimi vurğulandı. Bu, dünyanın təkcə xocalılara deyil, həm də soyqırım yaşayan və onun nəticələrinin ədalətli həllini gözləyənlərlə həmrəy olduğunu bəyan etmək deməkdir.

Keçidlər