Şriftin ölçüsü :

Saytın rəngi :

32 ildən sonra tapılaraq dəfn olunan şəhid Abdullayev Cəlal Xankişi oğlunun 40 mərasimi keçirilmişdir.

21 oktyabr 2025 | 15:29

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və 32 ildən sonra tapılaraq 12 sentyabr 2025-ci il tarixində dəfn olunan şəhid Abdullayev Cəlal Xankişi oğlunun 21 oktyabr 2025-ci il tarixində Qaradağ rayonu, Qobustan qəsəbəsində 40 mərasimi keçirilmişdir.
   Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti aparatının vəzifəli şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət edilərək üzərinə əklil və gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuş, daha sonra ehsan süfrəsində iştirak edilərək ailə üzvlərinə başsağlığı verilmişdir 

 Qeyd edək ki, Abdullayev Cəlal Xankişi oğlu 1971-ci il avqust ayının 24-də Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib və 1993-cü il mart ayının 29-da Kəlbəcər rayonunun Çərəktar kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhid Qaradağ rayonu, Qobustan qəsəbəsində dəfn edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Keçidlər