Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ildə Qızıldaş qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.

28 yanvar 2014 | 11:00

27 yanvar 2014-cü il tarixində Qızıldaş qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
      Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, idarə müəssisə rəhbərləri iştirak etdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi İ.Yusifov hesabat verərək qeyd etmişdir ki, 2013-cü il qəsəbə üçün uğurlu il olmuşdur. Qəsəbədə həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Qızıldaş qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısı tərəfindən imzalanmış və icrası ötən il yekunlaşmış “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət  Proqramı”na əsasən  qəsəbənin sosial-iqtisadi problemlərinin həll olunması istiqamətində bir sıra işlər görülmüşdür.
    Belə ki, 280 diametrli 2400 metr uzunluğunda yeni Qızıldaş-Şonqar su xətti, Şonqar qəsəbəsində 1590 metr kanalizasiya xətti çəkilmişdir. Qızıldaş qəsəbəsində yaşayış binalarının qazlaşdırılması üzrə əsaslı təmir işləri aparılaraq 8000 p/m-dən artıq qaz xətti çəkilmişdir. Bir neçə ikimərtəbəli yaşayış binalarının dam örtükləri müasir üslubda dəyişdirilmiş və bu istiqamətdə işlər davam etməkdədir. Rayon İcra hakimiyyəti tərəfindən qəsəbə ərazisində yerləşən parkda yenidənqurma işləri aparılmış, müxtəlif növ dekorativ ağac və kollar əkilmiş, kölgəliklər, uşaqların əylənməsi üçün müxtəlif növlü atraksion və yelləncəklər quraşdırılmışdır. Bundan əlavə Dövlət Proqramına əsəsən 350 yerlik Mədəniyyət evinin tikintisə başlanılmışdır.

Keçidlər