Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ildə Müşfiqabad qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.

29 yanvar 2014 | 11:00

    28 yanvar 2014-cü il tarixində Müşfiqabad qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
     Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Elnur Qurbanov və Zəfər Əliyev, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi C.Bayramov hesabat verərək ötən ildə də qəsəbədə böyük işlər görüldüyü qeyd etdi. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış və icrası ötən il yekunlaşmış “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət  Proqramı”na əsasən Müşfiqabad qəsəbəsi ərazisində qaz xətləri yenilənmiş, yeni salınmış yaşayış massivinə qaz xətti çəkilmişdir. 67 saylı körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə açılmışdır. 274 saylı orta məktəb üçün 20 əlavə sinif otağının tikintisi, 13 saylı poliklinikanın, Müşfiqabad Mədəniyyət evinin təmiri işləri yekunlaşmışdır. Elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaq və qəzaların qarşısını almaq məqsədi ilə bir sıra işlər görülmüşdür. Bina evlərini qidalandırmaq üçün 1 və 2 №-li hava xətlərində 7105 metr, fərdi yaşayış evlərində isə hava xəttində 2550 metr yararsız naqil, 427 saylı yarımstansiyadan 400 kva gücündə transformator 630 kva transformatorla əvəz edilmişdir. Çoxmərtəbəli yaşayış binaların liftlərində təmir işləri aparılmışdır. Belə ki, 62 ədəd liftdə 18 əsas mühərrik, 16 ədəd kiçik mühərrik, 3 ədəd əyləc makarası, 3 ədəd transformator dəyişdirilmişdir. Bu il 24 yaşayış binası, 1 uşaq bağçası və 1 səhiyyə obyekti istilik enerjisi ilə təmin olunur. Rayon İcra hakimiyyəti tərəfindən 8 saylı yaşayış binasının arxasında yerləşən 2000 kv.metr sahəsi olan parkda yenidənqurma işləri aparılmış, müxtəlif növ dekorativ ağac və kollar əkilmiş, kölgəliklər, uşaqların əylənməsi üçün 6 müxtəlif növlü atraksion və yelləncəklər quraşdırılmışdır.

Keçidlər