Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ildə Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.

17 yanvar 2014 | 11:00

16 yanvar 2014-cü il tarixində Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
     Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, idarə müəssisə rəhbərləri iştirak etdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qobustan qəsəbəsi üzrə nümayəndəsi T.Hüseynov hesabat verərək qeyd etmişdir ki, 2013-cü il üçün də uğurlu il olmuşdur. Qəsəbədə həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Qobustan qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış və icrası ötən il yekunlaşmış “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət  Proqramı”, Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2011-ci il tarixli 1417 saylı və 13 iyun 2013-cü il tarixli Sərəncamlarına əsasən qəsəbənin sosial-iqtisadi problemlərinin həll olunması istiqamətində bir sıra işlər görülmüşdür.
   Belə ki, Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsində tutumu 3072 nömrə olan ATS-in NGN texnologiyası əsasında tikintisi, 195 saylı məktəbdə bərpa-gücləndirmə və təmir işləri, 800 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi, A.R.Qоbustanlı adına Qоbustan mədəniyyət mərkəzinin əsaslı təmiri işləri yekunlaşmışdır. 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının təmiri işləri davam etməkdədir.
Qobustan qəsəbəsi Dəmiryolçular küçəsinə yeni kanalizasiya və su xətti çəkilmişdir. Səlyan yolu 25 və 29 saylı binaların dam örtüyü metal vərəqələrlə örtülmüş, 40206 km asfalt örtüyü salənmış, 430 p/m tökmə bardür qoyulmuş, 24 ədəd küçə işığı quraşdırılmışdır. 1100 ədəd “Smart” kart tipli qaz sayğacı quraşdırılıb, Şıxlar kəndində yeni salınmış yaşayış məntəqəsinə 400 kv-luq transformator məntəqəsi quraşdırılmış, 1200m  AS-35 markalı naqillə 400m məsafəyə 6kv-lik 3 damarlı yüksək gərginlikli (6kv-lıq)hava xətti çəkilmişdir.

Keçidlər