Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüş keçirildi.

18 yanvar 2014 | 11:00

17 yanvar 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə görüş keçirildi.
           Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov iştirak edirdi.
20 Yanvar hadisələrini xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsi olduğunu fikrini səsləndirdi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, onların mübarizliyini daha da artıraraq, Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini vurğuladı.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldığını və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdiyi qeyd etdi.
Görüşün sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı və onlara maddi və ərzaq yardımı göstərildi.

Keçidlər