Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ildə Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.

15 yanvar 2014 | 11:00

14 yanvar 2014-cü il tarixində keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəsi O.Sadıqov hesabat verərək qeyd etmişdir ki, 2013-cü il üçün də uğurlu il olmuşdur. Qəsəbədə həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Lökbatan qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış və icrası ötən il yekunlaşmış “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət  Proqramı”na əsasən Lökbatan qəsəbəsində 139 saylı orta məktəbin əsaslı təmiri və 12 əlavə sinif otağının tikintisi, 233 saylı orta məktəbin təmiri, 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının təmiri, avadanlıq və inventarla təchiz olunması, 39 saylı Kardiorevmatoloji Sanatoriyanın təmiri, avadanlıq və inventarla təchiz olunması işləri, qəsəbənin 2-ci yaşayış massivinin qaz təchizatının yaxşılaşdırılması üçün orta təzyiqli qaz kəmərinin dairəvi birləşdirilməsi, 8-ci yaşayış massivində yeni qaz kəmərinin çəkilməsi, H.Sultanov, H.Aslanov, Ü.Hacıbəyov, Sabir, 20 yanvar, R.Salmanov, C.Qəhrəmanov küçələrinin, həmçinin qəsəbənin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci yaşayış massivlərinin qazlaşdırılması işləri də yekunlaşmışdır. 166 saylı məktəbin qazanxanasının modernləşdirilməsi, 1 yeni məhəllədaxili istilik qazanxanasının tikintisi, yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik sistemlərinin yenidən qurulması işləri də yekunlaşmışdır. 9 saylı musiqi məktəbinin yeni binasının inşası başa çatmış, hal-hazırda binadaxili rənglənmə işləri aparılır, həyətyanı sahədə abadlıq işləri davam etdirilir. Fasadın rənglənmə işləri tamamlanmaq üzrədir. 7 saylı peşə məktəbinin sökülərək yenidən tikilməsi başa çatıb, binaxarici və binadaxili suvaq işləri aparılır. “Bülbül” və “Sevinc” uşaq bağçalarının əsaslı təmiri yekunlamış, D.Bəkirov və V.Əsədov uşaq bağçalarında isə əsaslı təmir işləri davam etdirilir.
O.Sadıqov ötən il qəsəbə ərazisində 27329 m2 asfalt örtüyünün salındığını, Lökbatan qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması məqsədi ilə “Azərsu” ASC bir sıra işlər gördüyünü, rayon ərazisində mövcud olan göllərin qurudulması məqsədi ilə “Hidrolotos” MMC tərəfindən gücü sutkada 200 min kub.metr olan təmizləyici qurğunun tikinti işləri aparıldığını bildirmişdir.
Hesabat yığıncağında iştirak edən 320-ə yaxın qəsəbədə sakinlərin 7 nəfəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən fərdi qaydada dinlənilmişdir.
Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov sakinlərin müraciətlərində qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti rayon idarə rəhbərinə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər