Şriftin ölçüsü :

Saytın rəngi :

Səngəçal qəsəbəsində səyyar görüş keçirildi.

28 dekabr 2013 | 11:00

27 dekabr 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Səngəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.

        Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbə sakinləri iştirak edirdi.
         Qəbula gələn qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
         Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi. Qəsəbə ərazisində 43000 m2 asfalt örtüyü salınıb və küçə işıqları çəkilib. Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Səngəçal qəsəbəsinin Əzimkənd və Bağ evləri adlanan yaşayış sahələrinin qaz kəmərlərinin yenidən qurulması və qazlaşdırılması istiqamətində işlər başa çatmaq üzrədir. Qəsəbə ərazisində müxtəlif diametrli 1100 p/m su xətti dəyişdirilmişdir.

Keçidlər