Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd edildi.

18 dekabr 2013 | 11:00

 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi.
        Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibəti ilə nazirliyin strukturunda çalışan işçiləri  Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından təbrik etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə nailiyyətlərin əldə olunduğunu qeyd etdi. Fəaliyyət göstərdiyi 8 il ərzində Nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər gördüyünü bildirdi.
   Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə idarəsinin Qaradağ rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin və Qaradağ rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarına fəxri fərmanlar və hədiyyələr təqdim olundu.

Keçidlər