Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan verildi.

13 dekabr 2013 | 11:00

Ümummilli Lider Heydər Əliyevin vəfatından on il ötür.
Bu gün bütün ölkə ərazisində Ulu Öndərin xatirəsi ehtiramla yad edilir.
Respublikanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdır. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
         Ümummilli liderin ölümsüzlüyə qovuşması ötən illər ərzində şəxsiyyət kimi böyüklüyünü, siyasətçi kimi dahiliyini, vətəndaş kimi xalqı üçün nə qədər əziyyətlərə qatlaşdığını bir daha anlamaq və dərk etmək üçün kifayətdir.
         Ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu və misilsiz fəaliyyəti qədirbilən xalqımız tərəfindən həmişə dərin minnətdarlıq hissi ilə yad edilir, Ulu Öndərin əziz xatirəsi daim uca tutulur.
         Bu gün Ümummilli Liderin xatirəsini anmaq məqsədi ilə Qaradağ rayonunun bütün qəsəbələrində ehsan süfrələri açıldı. Ruhuna dualar oxundu.

Keçidlər