Şriftin ölçüsü :

Saytın rəngi :

Müasirləşən Qaradağ

03 dekabr 2013 | 11:00

Son aylarda həyata keçirilən layihələr, aparılan genişmiqyaslı yenidənqurma və tikinti-abadlıq işləri Qaradağ rayonunun mənzərəsini xeyli dəyişmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Bakı şəhəri Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” Qaradağ rayonunun qəsəbələrinin sürətli inkişafına və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına böyük təkan olmuşdur. Bu Proqramlar çərçivəsində, eləcə də rayonun daxili imkanları hesabına aparılan işlərin miqyası gündən-günə genişlənməkdədir. Yaradılan hər bir şərait vətəndaşlarımız tərəfindən böyük sevinclə qarşılanır.
Bu qəbildən olan işlərin bir qismi də Qaradağ rayonunun Sahil qəsəbəsində aparılır. Bakı-Salyan yolu üzərində yerləşən qəsəbənin yol kənarda yerləşən çoxmərtəbəli yaşayış binalarının görməki gözoxşamaqdadır. Belə ki, qəsəbənin M.Seyidov, Ş.Əsgərov və Ə.Gülbabayev küçələrində yerləşən çoxmərtəbəli yaşayış binalarından artıq 6-sının fasadları müasir üslubda təmir edilərək, gecə işıqları quraşdırılmışdır. Ə.Gülbabayev küçəsində əhalinin asudə vaxtının səmərəli keçirmələri üçün ümumi sahəsi 6788 m2 olan yeni yaradılacaq parkda işlər davam etməkdədir. Burada 388 m2 uşaq meydançası, 180 m2 uşaqlar üçün qum meydançası, 1460 m2 dekorativ gül meydançaları, 3781 m2 yaşıl ot örtüyü, qazon salınmaqdadır. Bundan əlavə 3189 m2 ərazidə binaların ətrafında eləcə də, daxilində abadlıq işləri davam etməkdədir. Həyətlərdə xeyir-şər evləri tikilib lazımi avadanlıqlar təchiz olunub, uşaqların əylənməsi üçün müxtəlif atraksionlar quraşdırılıb, mini futbol meydançaları yaradılıb və bu istiqamətdə işlər davam etməkdədir.

Keçidlər