Ələt qəsəbəsində səyyar görüş keçirildi.
29 noyabr 2013-cü il tarixində Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Keçirilmiş səyyar qəbulda 160-a yaxın qəsəbə sakinləri iştirak edirdi.
Qəbula gələn qəsəbə sakinlərindən 12 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Elnur Qurbanov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Elnur Qurbanov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi. Qəsəbənin Nizami, Sabir və K.Məmmədov küçələrinə 4900 p/m bardür döşənib, piyadalar üçün 4615 m2 səki asfaltlanıb, Salyan yolu I massivdə 6 küçə, II massivdə 4 küçə, E.Əzməmmədov, Sabir, Nizami küçələrin bir hissəsi, Füzuli küçəsinə ümumilikdə 63761 m2 asfalt örtüyü çəkilmişdir. Nizami, Sabir, Salyan yolu, Axundov, K.Məmmədov küçələri üçün 124 ədəd yeni küçə işıqları qoyulmuşdur. Əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün müxtəlif diametrli 9 ədəd siyirtmə, ŞQTM markalı ümumilikdə 9 ədəd qaz tənzimləyici quraşdırılıb. Su təsərrüfatı sahəsində müxtəlif diametrli ümumilikdə 1300 p/m su xətti dəyişdirilib, 10 ədəd siyirtmə quraşdırılıb. Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Ələt qəsəbəsində 302, 127, 110 nömrəli tam orta məktəblərinin, 14 saylı Peşə məktəbənin, 204 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmir işləri 300 saylı körpələr evi-uşaq bağçası üçün 120 yerlik yeni binanın tikintisi işləri yekunlaşıb, qəsəbə ərazisində mini futbol meydançasının və idman zalının tikintisi işlərinə başlanmışdır. Daha sonra sakinlərə Respublika Prezidentinin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.