Şriftin ölçüsü :

Saytın rəngi :

Sahil qəsəbəsində Rotterdam küçəsinin təqdimatı və məlumat lövhəsinin açılışı ilə bağlı təntənəli mərasim keçirildi.

22 noyabr 2013 | 11:00

Qaradağ rayonunun Sahil qəsəbəsində Rotterdam küçəsinin təqdimatı və məlumat lövhəsinin açılışı ilə bağlı təntənəli mərasim keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Robbert Qabriels, Rotterdam şəhərinin meri Əhməd Abutaleb, Rotterdam şəhərinin beynəlxalq məsələlər üzrə müşaviri Elen Zelle, Rotterdam şəhər Limanın direktoru Bas Xennissen və digər qonaqlar iştirak edirdilər.
Tədbirdə ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov hər kəsi salamlayaraq Rotterdam küçəsinin mövcudluğunu ölkələrimiz arasındakı əlaqələrin təzahürü kimi səciyyələndirdi. Azərbaycan-Niderland ikitərəfli münasibətlərinin sürətlə inkişaf etdiyini bildirdi.
Öz növbəsində Rotterdam şəhərinin meri Əhməd Abutaleb ilk öncə rəhbərlik və əhali tərəfindən səmimi və isti qarşılandıqları üçün minnətdarlıq etdi. Rotterdam şəhərində Bakı küçəsinin olduğunu xatırladaraq bu gün ki tədbirin mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz töhfəsini verəcəyini vurğuladı. Bakı şəhərinə heyranlığı gizlətməyən mer paytaxtımızın özündə keçmiş ilə gələcəyi birləşdirdiyini söylədi.
Daha sonra qonaqlar küçə boyu yaradılan səliqə-səhman, abadlıq işlərinə baxaraq, Sahil qəsəbəsi Park Kompleksində görüləcək işləri əks etdirən foto stendlə tanış oldular.

Keçidlər