Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü qeyd olundu.

19 noyabr 2013 | 11:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
  Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP-ın İdarə heyətinin üzvü, millət vəkili Mixail Zabelin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Vilayət Əliyev və digər qonaqlar iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül çiçək dəstələri düzdülər.
Giriş nitqi ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası böyük çətinliklərə, fırtınalara sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirir: “Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan, dünya xəritəsindən bir dövlət olaraq silinmək təhlükəsini yaşayan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalq üzünü Ulu öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Hazırda bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda  milli birlik, milli həmrəylik mövcuddur.  O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı  dairələri etiraf edir ki,  Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olub. Bu gün biz Azərbaycanı daha da inam və sürətlə inkişaf etdiririk".
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Vilayət Əliyev öz növbəsində qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu öndər Heydər Əliyevin hələ sağlığında ikən canlı əfsanəyə çevrildiyini qeyd etdi: “Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Ümummilli liderin adı xalqımızın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa, torpağa məhəbbət və sədaqət meyarı olub”.
Daha sonra çıxış edənlər Millət vəkili Mixail Zabelin və Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev çıxış edərək YAP-ın tarixi uğurları barəsində danışdılar.
Sonda YAP Qaradağ rayon təşkilatının bir qrup fəalı Fəxri fərman və hədiyyələrlə təltif olundular.

Keçidlər