Şriftin ölçüsü :

Saytın rəngi :

Qızıldaş qəsəbəsində səyyar görüş keçirildi.

16 noyabr 2013 | 11:00

15 noyabr 2013-cü il tarixində  Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi.
         Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Keçirilmiş səyyar qəbulda 200-ə yaxın qəsəbə sakinləri iştirak edirdi.
          Qəbula gələn qəsəbə sakinlərindən 19 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Elnur Qurbanov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
         Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Elnur Qurbanov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi. Qəsəbə ərazisində yerləşən 7 çoxmərtəbəli yaşayış binalarının ümumilikdə 5902 m2 dam örtüyünün  metal vərəqələrlə yenidən qurulduğunu, 2 çoxmərtəbəli yaşayış binalarının kanalizasiya xətlərində təmir və yenidənqurma işlərinin aparıldığını, qəsəbənin Şonqar yaşayış massivində Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli Sərəncamı  ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən 400 diametrli 1050 metr və 200 diametrli 540 metr uzunluğunda yeni kanalizasiya xəttinin çəkilişinin başa çatdığını, qəsəbənin mədəniyyət və istirahət parkında aparılan əsaslı təmir və yenidənqurma işlərinin tamamlanmaq üzrə olduğunu sakinlərin diqqətinə çatdırdı. Daha sonra sakinlərə Respublika Prezidentinin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.

Keçidlər