Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya günü münasibəti ilə aztəminatlı ailələrə yardım edildi.

13 noyabr 2013 | 11:00

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan aztəminatlı ailələr ilə görüş keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, aparatın şöbə müdirləri, rayon ictimaiyyəti iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev bu gün ki günün əhəmiyyətindən danışdı. Sabitlik və inkişaf təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Möhətərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin hər bir vətəndaşın qeydinə qalmaq olduğunu bildirdi. Qəbul edilən Konstitusiyamızda hər kəsin hüquq və azadlıqlarının qorunduğu, sosial sahələrə diqqət ayrıldığını qeyd etdi.
Daha sonra çıxış edən Filyar Həsənova göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə sakinlər adından minnətdarlığını bildirmişdir.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 200-ə yaxın aztəminatlı  ailəyə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verildi.

Keçidlər