Şriftin ölçüsü :

Saytın rəngi :

Boksçularımız əldə etdiyi nailiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezident seçkilərində qazandığı möhtəşəm qələbəsinə həsr etdilər.

30 oktyabr 2013 | 11:00

Qazaxıstanın Almatı şəhərində 14-26 oktyabr 2013-cü il tarixində keçirilən boks üzrə dünya çempionatı idman tariximizə qızıl hərflərlə yazıldı. Dünyanın 109 ölkəsindən 543 idmançının qatıldığı turnirdə ölkəmiz bütün çəki dərəcələrində ümumilikdə 10 idmançı ilə təmsil olunurdu.
Yüksək əhval ruhiyyə ilə turnirə qatılan idmançılarımızdan Məhəmmədrəsul Məcidovla (+91 kq), Cavid Çələbiyev (56 kq) qızıl və Teymur Məmmədov (91 kq) bürünc medal qazanaraq möhtəşəm turnirdə 3 medalı aktivlərinə yazmaqla komanda hesabında da ölkəmizin adını ilk üçlüyə saldılar. İdmançılarımız əldə etdiyi nəticə ilə Avropa ölkələri arasında birinci yeri tutaraq böyük boks məktəbi olan Rusiya və Ukrayna idmançılarını qabaqladılar.
Əlbəttə, dünyanın dörd bir yanından gələn ölkələr içindən himnimizin səslənməsi, bayrağımızın dalğalanmasından qürur verici başqa hiss olabilməzdi.
İdmançılarımızın əldə etdikləri bu yüksək nəticə Möhtərəm Prezidentimiz İlham Əliyevin yenidən Prezident seçilməsi və qazandığı möhtəşəm qələbəsinə olan hədiyyəsidir.

Keçidlər