Müqəddəs Qurban Bayramı Qaradağ rayonunda geniş qeyd olunur.
İslam aləminin xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunur.
Bayram münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli adlanan ərazisində və Sahil qəsəbəsində İqtisadi İnkişaf Nazirliyi tərəfindən qurbanlıq qoyunların satış yarmakası təşkil edilir.
Bundan əlavə rayonun 11 qəsəbəsində qurbanlar kəsilmiş 2500 nəfər aztəminatlı ailəyə qurban payı və ərzaq yardımı verildi.
Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlıqlarını bildirdilər.