Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 22-ci illiyinə həsr olunmuş dəyirmi masa keçirildi.
17 oktyabr 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 22-ci illiyinə həsr olunmuş dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmləri doktoru, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Musa Quluzadə və digər qonaqlar iştirak edirdilər.
Giriş nitqi ilə tədbiri açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Parlamenti avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirdi. Lakin o zaman ölkənin daxilində və xaricində vəziyyətin heç də ürəkaçan olmadığını, ölkənin iqtisadi və siyasi durumu çox acınacaqlı, ərazilərimizin Ermənistan tərəfindən işğal olunaraq, çoxsaylı qaçqın və məcburi köçkünlər ordusunun yarandığını qeyd etdi. Ölkədə mürəkkəb proseslərin cərəyan etdiyini, vətəndaş müharibəsinin baş verdiyini, bunun məntiqi nəticəsi kimi Müstəqilliyimiz böyük sual altında düşdüyünü vurğuladı. Bu baxımdan müstəqilliyimizin tarixində 1993-cü ilin müstəsna əhəmiyyətə malik olduğunu fikirlərini səsləndirdi. O zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımızın ümummilli lider Heydər Əliyevə üz tutaraq, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək ulu öndəri ölkənin Prezidenti seçdiyini və bununla da xoş, firəvan günlərin təməlinin qoyulduğu söylədi.
Daha sonra çıxış edən qonaqlar xalqımızın şərq aləmində özünəməxsus yer tutduğunu bildirərək, ilk dramaturgiyanın, ilk operanın banisi olduğu kimi demokratik respublika quruculuğunda da ilkə imza atmışdır. Xalqımız hər zaman tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına vuruşmuş daim müstəqil olmağa çalışmışdır. 1991-ci ilin 18 oktyabr tarixinində əzmkarlıq bahasına başa gəldiyini qeyd etdilər. Lakin qazanılan bu uğurun həm daxili, həm də xarici düşmənlərin hesabına itirilmək təhlükəsində olduğuna baxmayaraq, xalqımızın ümummillli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Azərbaycan Respublikasının günü-gündən artan qüdrətinin təməlində məhz Heydər Əliyev amilinin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün yürütdüyü ulu öndər siyasəti durur.