Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Müəllimlər Günü qeyd olundu.

06 oktyabr 2013 | 10:00

    05 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi.
        Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 05 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibəti ilə bütün müəllimləri ürəkdən təbrik etdi. Daha sonra öz çıxışında müstəqillik əldə etdikdən, xüsusilə də Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd etdi. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına və bu sahədə çalışan adamlara yüksək diqqət və qayğı göstərilməsini məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürü kimi vurğulayaraq, ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsində Heydər Əliyev Fondunun da misilsiz xidmətlərinin olduğunu bildirdi.  “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər  çərçivəsində respublikamızda yüzlərlə təhsil ocaqlarının tikildiyini, əsaslı təmir olunduğunu xüsusilə vurğuladı. Azərbaycan xalqının milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi söylədi.
        Tədbirdə çıxış edən təhsil işçiləri göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
         Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən bir neçə müəllimə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər