28 nömrəli uşaq musiqi məktəbində Azərbaycanın Müstəqillik Günü münasibətilə konsert keçirilib.
27 may 2023 | 15:29
27 may 2023-cü il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 28 nömrəli uşaq musiqi məktəbində Azərbaycanın Müstəqillik Günü münasibətilə konsert keçirilib.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin məsul işçisi Səmayə Şixəliyeva , Qaradağ rayon YAP - məsul işçisi
Hacı İbrahimov və başqa qonaqlar iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Müstəqillik gününün tarixi haqqında geniş məlumat verilib və bayram münasibəti ilə təbriklər səslənib.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri konsert proqramı ilə çıxış edərək Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.