Şriftin ölçüsü :

Saytın rəngi :

28 nömrəli Uşaq Musiqi Məktəbində " 28 May - Müstəqillik Günü " - nə həsr olunmuş tədbir

27 may 2025 | 19:55

  Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

  Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.

  Konserti ilk olaraq məktəbin müəllimi Samirə Həsənli öz çıxışı ilə açmışdır. O, “Respublika Günü”nün tarixi haqqında geniş məlumat vermiş və bayram münasibəti ilə konsertdə iştirak edən şagirdləri, müəllimləri və qonaqları təbrik etmişdir.

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Altun Rəcəbli, Bakı şəhər 5 nömrəli UİM, 7 və 36 nömrəli Uşaq Musiqi Məktəblərinin direktorları və bir sıra qonaqlar iştirak ediblər.

 Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra 28 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri və şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış etdilər.

Keçidlər