"28 May - Müstəqillik günü"nə həsr olunmuş tədbir keçirilmişdir
26 may 2022-ci il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsi, 28 nömrəli Uşaq Musiqi Məktəbində "28 May - Müstəqillik günü” nə həsr olunmuş tədbir keçirilib.
Konserti ilk olaraq məktəbin müəllimi Samirə Həsənli öz çıxışı ilə açmışdır, “Respublika günü “ nün tarixi haqqında geniş məlumat vermiş və bayram münasibəti ilə konsertdə iştirak edən şagirdləri, müəllimləri qonaqları təbrik etmişdir.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra 28 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 - cü ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış etdilər .
Tədbirdə Qaradağ rayon YAP-nın sədri Qafar Əliyev, Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Munis Bayramov və şöbənin məsul işçiləri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Bətulə Məmmədəliyeva və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İdarəsinin məsul işçiləri , Republika Rəssamlar İttifaqının üzvləri və Bakı şəhər Uşaq Musiqi Məktəblərinin direktorları və bir sıra qonaqlar iştirak ediblər.
Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək tədbir iştirakçılarını “Müstəqillik günü” münasibəti ilə təbrik etmiş və maraqlı, rəngarəng konsert proqramına görə 28 nömrəli Uşaq Məktəbinin rəhbərliyinə və iştirakçılara təşəkkür etmişdir.
Tədbirdə Bakı şəhər 4 və 6 nömrəli Uşaq Musiqi Məktəblərinin direktorlarına Fikrət Əmirovun 100 illiyi münasibəti ilə müəllif əsərlərinin partitularını hədiyyə edilib.
Sonda 28 nömrəli Uşaq Musiqi Məktəbinin adından Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə Ümummilli Lider Heydər Əliyevin akvarel rəsmi hədiyyə edilmşdir.