Şriftin ölçüsü :

Saytın rəngi :

28 May – Müstəqillik Günüdür

28 may 2024 | 10:59

Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himni sədaları ilə başlamış, Xalq Cumhuriyyətinin tarixinə həsr olunmuş videoçarx göstərilmiş, rəngarəng proqramlar təqdim olunmuşdur. Eyni zamanda musiqi məktəblərində təqdim olunan proqramlarda Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunmuşdur.

Sahil qəsəbəsində yerləşən 28 nömrəli Uşaq Musiqi Məktəbinin təşkil etdiyi tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək bildirmişdir ki, şərqdə ilk demokratik respublika Azərbaycanda yaranmış, 23 ay yaşamağına baxmayaraq o dövrdə Azərbaycanın dövlət əsasları qurulmuş, üç rəngli bayrağımız, gerbimiz və himnimiz təsis olunmuşdur. Ordu quruculuğuna da başlanılmış, parlament və digər dövlət strukturları formalaşmışdır. Həmin vaxt Azərbaycanın görkəmli xadimləri olan Məmmədəmin Rəsulzadə, Fətəli Xan Xoyski, Mustafa bəy Topçubaşov, general Mehmandarov və Şıxlınski yüksək fəaliyyət nümayiş etdirmişlər. Təəssüf ki, Cumhuriyyətin ömrü qısa olmuşdur.

1991-ci ildə yaranmış tarixi şərait nəticəsində Azərbaycan öz müstəqilliyini bərpa etmiş və özünü Azərbaycan Demokratik Respublikasının varisi elan etmişdir. Ulu Öndərimiz Heydər Əliyev demişdir ki, müstəqilliyi əldə etmək çətin olsa da, onu qoruyub saxlamaq ondan da çətindir. Məhz Ulu Öndərin sayəsində Azərbaycanın müstəqilliyi qorundu və əbədi xarakter aldı.

Bu gün, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində müstəqilliyimiz qorunur və inkişaf etdirilir. Onun Ali Baş Komandan kimi ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi bütün Azərbaycan xalqına qürur verir.

Natiq nitqinin sonunda müxtəlif və rəngarəng musiqi proqramlarının təqdimatına görə 28 nömrəli Uşaq Musiqi Məktəbinin rəhbərliyinə və kollektivinə təşəkkür bildirmiş və fəaliyyətlərində uğurlar arzulamışdır.

Keçidlər