Şriftin ölçüsü :

Saytın rəngi :

28 mart – Azəraycan Respulikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir

01 aprel 2026 | 12:42

 28 mart – Azəraycan Respulikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon idarəsinin əməkdaşları və YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov 28 mart – Azəraycan Respulikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı münasibətilə bütün orqan işçilərini təbrik etmişdir. Qeyd etmişdir ki, Ulu Öndərin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Ömrünün 25 ilini təhlükəsizlik orqanlarında fəaliyyətə həsr etmiş Ümummilli Lider Heydər Əliyev o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Həmin siyasət sonralar müstəqil Azərbaycanda sabitliyin bərqərar olmasında müstəsna rol oynamışdır. Dahi rəhbərin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi hazırda da layiqincə davam etdirilir. Ulu Öndərin xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün müəyyənləşdirdiyi meyarlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti tərəfindən daim rəhbər tutulur.

Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olunması Prezident cənab İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşıb, əsaslı struktur islahatları aparıb. Azərbaycan Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında DTX-nin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, bu fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir.  Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.  Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlər nəticəsində Azərbaycanın hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilməsində, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında DTX-nın xüsusi rol oynadığı nəzərə çatdırmışdır.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon idarəsinin bir neçə əməkdaşına fəxri fərman və hədiyyə təqdim olunmuşdur.

Keçidlər