Şriftin ölçüsü :

Saytın rəngi :

28 №-li Uşaq Musiqi Məktəbində bayram konserti keçirildi.

02 fevral 2023 | 11:45

   2 fevral  2023- cü il tarixində 28 №-li Uşaq Musiqi Məktəbində “Gənclər günü”-nə həsr olunmuş “fortepiano” ixtisası üzrə təhsil alan şagirdlərin  ifasında bayram konserti keçirildi. Konsert proqramında Azərbaycan və xarici  bəstəkarların  əsərləri  ifa  olundu.
   2 feval tarixinin “Gənclər Günü “ kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2 fevral 1996-cı il  tarixində məhz Ulu Öndər Heydər Əliyevin  dəstəyi  ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezidentin Sərəncamı  ilə 2  fevral  Azərbaycanda “ Gənclər Günü “  kimi  qeyd olunmağa başlandı.
   Bu gün Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.

      

Keçidlər