Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində səyyar görüş

05 oktyabr 2013 | 10:00

Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirmişdir

04 oktyabr 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 300-ə yaxın qəsəbə sakini iştirak etmişdir.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemlərini haqqında geniş danışmışlar.
Qəbula gələn qəsəbə sakinlərindən 24 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin problemlərinin həllində xüsusi rol oynadığı, bu proqram üzrə görülən və hal-hazırda həyata keçirilən işlər barədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ətraflı məlumat vermişdir.

Keçidlər