Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda Ahıllara xüsusi diqqət var.

02 oktyabr 2013 | 10:00

1oktyabr – Ahıllar günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, aparatın şöbə müdirləri, ahıllar iştirak edirdi.
          Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev Ahıllar günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da ahıllara böyük hörmət və diqqət göstərildiyini qeyd etdi. Respublikamızda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirdi. Beynəlxalq Ahıllar gününün ölkəmizdə 1993-cü ildən qeyd olduğunu nəzərə çatdıraraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, 22 iyun 2001-ci il tarixində “Ahıllara social xidmə haqqında” Qanun imzaladığını vurğuladı. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ahıl hesab olunduğunu bildirdi.  Bu gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması eləcə də, siğorta hissəsinin artırılması ilə bağlı imzaladığı mütəmadi Sərəncamlar dövlət qayğısının təcəssümü kimi qiymətləndirdi.
         Qaradağ rayonunda yaşayan ahıllarımız, ağsaqqallarımız rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Bu gün ahıllarımız, ağsaqqallarımız gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Çünki, bizim ahıllarımız böyük həyat təcrübəsi keçiblər. İkinci Dünya Müharibəsinin ağrı-acılarını məşəqqətlərini çəkən ağsaqqallarımız, müharibə veteranları alman faşistlərinə qarşı fədakarlıqla mübarizə apararaq, vətənin müdafiəsinə qalxmış, əsil vətənpərvərlik nümayiş etdirmişlər. Zəhmətkeş ahıllarımız, əmək qəhrəmanlarımız da az olmamışdır.
         Qızıldaş qəsəbə Ağsaqqlar Şurasının sədri Sərdar Hüseynov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə ahıllar adından təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Azərbaycanımızın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazımdır.
Bütün dünyada beynəlxalq təşkilatlar tərəfindən hər il «Ahıllar günü» münasibəti ilə geniş həcmli tədbirlər həyata keçirilir, kimsəsiz qocalara yardımlar göstərilir.
Yaşlı nəslə, xususən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir. Bu haqda müdrik atalarımızın daha gözəl kəlamı vardır: «Qocalara hörmət et, səndə qocalacaqsan!»
Ağsaqqallar həmişə respublikamızda gedən seçki və referendumlarda , ölkəmizin taleyüklü məsələlərinin həllində fəal iştirak etmişlər. Bu fəaliyyətlərinə görə də onlar daim təşəkkürə layiqdirlər.
          Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 150 nəfər ahıla ərzaq yardımı edildi.

Keçidlər