Şriftin ölçüsü :

Saytın rəngi :

Müşfiqabad qəsəbəsində səyyar görüş keçirildi.

28 sentyabr 2013 | 10:00

27 sentyabr 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Müşfiqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
       Keçirilmiş səyyar qəbulda 165-ə yaxın qəsəbə sakini iştirak edirdi. İştirak edən qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənildi. Sakinlər qəsəbədə görülən quruculuq abadlıq işlərindən razılıqlarını bildərərək ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər. Qəsəbə sakinlərinin problemlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
      Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin probləmlərinin həllində xüsusi rol oynadığı qeyd edərək görüləcək işlər barədə danışdı.

Keçidlər