Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı – Astara (Qazax) magistral avtomobil yolunda salınmış yaşıllıq zolaqları diqqət mərkəzindədir.

20 sentyabr 2013 | 10:00

Dövlət Başçısının təşəbbüsü və dəstəyi ilə respublikamızın bütün regionlarında olduğu kimi Qaradağ rayonunda da genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir.
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ilin əvvəlindən may ayının sonunadək rayon ərazisində təxminən 8000 ədəddən çox müxtəlif növ ağac və kol bitkiləri əkilmişdir.
Rayon ərazisində əkilmiş bütün ağac və dekorativ kollara mütəmadi olaraq müvafiq aqrotexniki qulluğun göstərilməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında meşə fonduna aid olmayan ağac və kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları” haqqında qərarın tələblərinə əsasən Bakı-Ələt (Astara) magistral avtomobil yolunun sağ və sol hissələrində, rayonun digər ünvanlarında əkilmiş minlərlə müxtəlif ağaclar daim nəzarətdədir. Onların sulanması üçün suvarma sistemləri quraşdırılmışdır.
İnsanların zövqünü oxşayan estetik görüntünün yaradılması üçün bütün müvafiq işlər görülməkdədir.
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin müvafiq tabeli idarələrinin 150-ə yaxın işçisi bütün il ərzində gündəlik olaraq əkilmiş bütün ağac və dekorativ kollara aqrotexniki qulluğun göstərilməsini təmin edirlər.

Keçidlər