Şriftin ölçüsü :

Saytın rəngi :

18 sentyabr - Milli Musiqi Günüdür

19 sentyabr 2013 | 10:00

18.09.2013 tarixində Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Üzeyir Musiqi günü ilə əlaqədar  "Musiqimiz Milli Sərvətimizdir" adlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ rayonunun 288 və 139  saylı orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişlər. Mərkəzin muzey baxıcısı Qəribova Aysel mövzu ətrafında mühazirə oxumuşdur. Daha sonra isə mövzu ilə əlaqədar sual-cavab olundu və 139 saylı orta məktəbin 10b sinif şagirdləri Məmmədzadə Şəhriyar, Əzimova Aydan və Ağayeva Nərminə çox aktiv iştirak etmişlər.
Tədbirdə qeyd olunub ki, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildə isə mərhum prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Bu gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.
Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. O, dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), professor (1940), Stalin mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub.

Keçidlər