Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda təhsil ocaqları yenilənir.

19 sentyabr 2013 | 10:00

Respublikamızda olduğu kimi Qaradağ rayonunun da bütün təhsil ocaqları öz qapılarını doğma şagirdlərin üzə açdı. Başlıyan bu yeni tədris ilində rayonumuzda daha bir neçə təhsil ocağı əsaslı təmirdən sonra yenidən məktəblilərin istifadəsinə verildi.
Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Qaradağ rayonunda təhsil sahələrində mövcud problemlər aradan qaldırılmaqdadır. Təhsil ocaqlarının əsaslı təmir edilməsi, yenilərinin tikilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi təhsilimizə verilən ən yüksək qiymətdir.
Dövlət Proqramının icrasına əsasən 2011-ci ildə Qaradağ rayonunda 139 və 195 nömrəli orta məktəblər əsaslı təmir olunmuş, 294 və 139 nömrəli orta məktəblər üçün 26 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. 2012-ci ildə 184, 228, 302 və 127 nömrəli orta məktəblərdə aparılan əsaslı təmir işləri yekunlaşmışdır. Səngəçal qəsəbəsində yerləşən 222 nömrəli məktəb üçün 20 sinif otağından ibarət əlavə tədris korpusu tikilmişdir. Qobustan qəsəbəsində 800 şagird yerlik 330 nömrəli orta məktəb tikilərək Azərbaycan Dövlət Neft şirkətinin sərəncamına verilmişdir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” 2013-cü ildə də uğurla icra olunmaqdadır. Belə ki, bu yeni tədris ilində Sahil qəsəbəsindəki 253 və 273, Lökbatan qəsəbəsindəki 233 nömrəli orta məktəblərinin və Ələt qəsəbəsindəki 14 nömrəli Bakı Peşə məktəbinin əsaslı təmiri başa çatmışdır. Hər bir məktəb ən müasir avadanlıqlarnan təmin edilmiş, yeni müasir üslubda qurulmuşdur. 
Bundan əlavə Dövlət Proqramı çərçivəsində Lökbatan qəsəbəsində 7 saylı peşə məktəbinin sökülərək yenidən tikintisi, Müşfiqabad qəsəbəsində 274 saylı orta məktəb üçün 20 əlavə sinif otağının və digər təhsil ocaqlarının tikintisi davam etməkdədir.
Aparılan məqsədyönlü işlərin nəticəsi kimi təhsilimizdə keyfiyyətin artmasıdır. Belə ki, ildən ilə Qaradağ rayonunda ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı bal toplayanları sayı artmaqdadır. Həmçinin ötən tədris ilinin yekunlarına görə  rayonun Ələt qəsəbəsindəki 110 və Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “2012-2013-cü tədris ilində ilin ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi adına layiq görülməsi bizləri sevindirərək təhsilimizin inkişafı naminə daha da inamı artırır.

Keçidlər