27 sentyabr- Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilmişdir
26 sentyabr 2025 | 14:33
26 sentyabr 2025-ci il tarixində Qaradağ rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr- Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı-Ələt (Qazax) yolunun 30-cu kilometrliyində ağacəkmə aksiyası keçirilmişdir. Keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Millət vəkilləri Aydın Heseynov, Səbinə Xasıyeva, Zaur Şükürov, Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayonun fəal sakinləri iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.
İctimaiyyət nümayəndələri ümumilikdə 500 ədədən çox müxtəlif növ ağac əkmişlər. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılmışdır.
İctimaiyyət nümayəndələri ümumilikdə 500 ədədən çox müxtəlif növ ağac əkmişlər. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılmışdır.






