Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü münasibətilə qəsəbə məzarlıqlarında dəfn olunmuş şəhidlərin məzarları ziyarət edildi

27 sentyabr 2026 | 17:08

   27 Sentyabr – Anım Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri qəsəbə məzarlıqlarında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər. Onlar şəhidlərin məzarları önünə əklil və çələnglər qoyaraq ruhlarını dərin ehtiramla yad ediblər.
   Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar övladlarının qəhrəmanlığı ilə qazanılan Zəfərdə pay sahibi olduqlarını vurğulayaraq bununla qürur duyduqlarını qeyd ediblər.
   Vətən uğrunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq, onların qanı ilə azad olunan torpaqlar isə daim göz bəbəyi kimi qorunacaqdır. Şəhidlərimizin ruhuna Allahdan rəhmət, ailələrinə səbir diləyirik.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər