Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkı ziyarət olunub

27 sentyabr 2026 | 16:11

27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkı ziyarət olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri Zəfər Parkını ziyarət ediblər.

Ziyarət iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən şəhidlərin əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Zəfər Parkında yerləşən abidənin önünə gül dəstələri qoyulub, şəhidlərin ruhuna ehtiram ifadə olunub.

Keçidlər