Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr - Anım Günü ilə əlaqədar Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edildi

27 sentyabr 2023 | 17:00

   27 Sentyabr - Anım Günü ilə əlaqədar  Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev və ictimaiyyət nümayəndələri Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarları önünə əklil və çələnglər qoydular.

   Məscidlərdə namaz qılınmış, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Rayon icra hakimiyyəti tərəfindən ehsan süfrəsi təşkil olunmuşdur. Ehsan süfrəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Saat 12:00-da rayon ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

   Şəhidlərimizin canı, Vətən Müharibəsi iştirakçılarının qəhrəmanlığı və Ali Baş Komandanın apardığı uğurlu siyasət nəticəsində Azərbaycan ordusu düşmən üzərində misli görünməmiş qələbə qazandı.

   Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız əzm və iradə, yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib.

   44 günlük    Vətən Müharibəsində  döyüş bölgəsində Qaradağ rayonunun 34 sakini şəhid olub.

   Bu il Anım gününü digər anım günlərindən fərqləndirən odur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

   Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Keçidlər