Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr - Anım Günü ilə əlaqədar II Fəxri xiyabanda Şəhidlərin xatirəsi yad edildi

27 sentyabr 2026 | 14:30

   27 Sentyabr – Anım Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri II Fəxri xiyabanı ziyarət edərək şəhidlərimizin ruhuna dualar oxumuş, ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş və səbr arzulamışlar.
   Ziyarət zamanı Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan bəhs olunmuş və qeyd olunmuşdur ki, bu gün azad olunmuş torpaqlarda müqəddəs üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
   Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar övladlarının qəhrəmanlığı ilə qazanılan Zəfərdə pay sahibi olduqlarını qeyd edərək bununla fəxr etdiklərini vurğulayıblar.
   Vətən yolunda canından keçən şəhidlərimiz daim qəlbimizdə yaşayacaq, onların qanları ilə azad etdikləri torpaqlar isə göz bəbəyi kimi qorunacaqdır. Şəhidlərimizlə qürur duyur, ruhlarına Allahdan rəhmət, ailələrinə səbir diləyirik.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər