Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr - Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda Şəhidlərin xatirəsi yad edildi

27 sentyabr 2023 | 16:38

   Anım günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən Fəxri Xiyabanda Şəhidlərin xatirəsi yad edildi.

   Ölkə Prezidenti cənab İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

   27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Keçidlər