Şriftin ölçüsü :

Saytın rəngi :

"27 sentyabr - Anım günü” ilə bağlı, silsilə ümumrayon tədbirləri keçirilir

25 sentyabr 2025 | 14:51

   “27 sentyabr - Anım günü” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına əsasən, İcra Başçısı və Aparatın rəsmi nümayəndələri tərəfindən qəsəbələrdə görüşlər keçirilir.
   Bu məqsədlə, rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Vətən Müharibəsi şəhid ailələrini ziyarət edir və şəhid ailələrinin sosial qayğıları ilə maraqlanır. Görüş zamanı şəhidlərin əziz xatirəsi yad edilir,
sonra şəhidlərimizin keçdikləri döyüş yolundan, xatirlərindən söhbət açılır. Səmimi keçən söhbət zamanı şəhid ailələrini narahat edən problemlər qeyd olunur və yaxın gələcəkdə həllini tapması üçün müvafiq işlər görüləcəyi bildirilir.
Torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik.

Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

 Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Keçidlər