Şriftin ölçüsü :

Saytın rəngi :

"27 sentyabr - Anım günü” ilə bağlı, silsilə ümumrayon tədbirləri keçirilir

24 sentyabr 2026 | 11:33

    “27 sentyabr - Anım günü” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına əsasən İcra Hakimiyyəti Aparatınnın rəsmi nümayəndələri tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri evlərində ziyarət olunması davam edir.
   Bu məqsədlə, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən,başçının birinci müavini cənab Emil Abbasov,icra hakimiyyəti aparatının rəhbər şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Bəxtiyar Hümbətov şəhid ailələrini ziyarət edir və şəhid ailələrinin sosial qayğıları ilə maraqlanır. Görüş zamanı şəhidlərin əziz xatirəsi yad edilir, sonra şəhidlərimizin keçdikləri döyüş yolundan, xatirlərindən söhbət açılır.Ziyarət zamanı şəhid ailələrini sosial məişət məsələləri araşdırılır,onları narahat edən məsələlər dinlənilir. Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələlərin həll edilməsi və digər qurumlara aid olan məsələlərin aidiyyatı üzrə göndərilməsi istiqamətində tapşırığlar verilir. Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
   Torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik.
   Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Keçidlər