Şriftin ölçüsü :

Saytın rəngi :

“27 Sentyabr – Anım Günü” ilə bağlı silsilə ümumrayon tədbirləri çərçivəsində Qaradağ rayonunda ehsan süfrəsi təşkil edilmişdir

25 sentyabr 2026 | 17:33

   “27 Sentyabr – Anım Günü” ilə bağlı silsilə ümumrayon tədbirləri çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 25 sentyabr 2026-cı il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” sarayında ehsan süfrəsi təşkil edilmişdir.
   İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qaradağ rayon Komitəsinin sədri Salman Salmanov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Daha sonra ehsan süfrəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qaradağ rayon Komitəsinin sədri Salman Salmanov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, 44 günlük Vətən müharibəsi şəhidi Musaoğlu Ataməli Seyidməmməd oğlunun anası Leyla Musayeva və Qərbi Azərbaycan İcmasının sədr müavini İbad Mehdiyev çıxış edərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Çıxışlarda Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik və milli birlikdən, Müzəffər Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıq və şücaətdən söz açılıb. Bildirilib ki, şəhidlərimizin Vətən uğrunda göstərdiyi fədakarlıq və qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların əziz xatirəsi daim böyük ehtiramla anılacaq.
   27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və həmrəyliyimizin təntənəsi olan böyük Zəfərin təməlinin qoyulduğu şərəfli bir tarixdir.
   Ehsan süfrəsində iştirak edən şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar Vətənimizin ərazi bütövlüyünün bərpası naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıblar. Şəhid ailələri övladlarının Azərbaycanın tarixi Zəfərinin qazanılmasında göstərdikləri qəhrəmanlıq və fədakarlıqla öz layiqli paylarını verdikləri üçün qürur və fəxr hissi keçirdiklərini bildiriblər.
   Torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda edən qəhrəman əsgər və zabitlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın müqəddəs ruhları qarşısında baş əyirik. Onların göstərdiyi misilsiz şücaət və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
   Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Keçidlər