Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olundu.

13 sentyabr 2013 | 10:00

12 sentyabr 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olundu.
Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov uşaqları xoşbəxt, qayğısız və problemsiz görmək Heydər Əliyev Fondunun ən böyük arzularından biri olduğunu bildirdi. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin Deputatı Mehriban xanım Əliyevanın dəstəyi və köməkliyi ilə respublikamızda elmin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mədəni irsimizin qorunması, tarixi abidələrimizin bərpa edilməsi, mədəniyyətlərarası dialoqda xalqımızın layiqincə təmsil olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində irimiqyaslı layihələr, sosial proqramlar həyata keçirildiyini, böyük  uğurlar qazanıldığını bildirdi. Fondun xətti ilə hər il onlarla təhsil və tibb ocaqları tikilərək, internat məktəbləri, uşaq evləri təmir edilir, yeni avadanlıqlarla təchiz olunaraq, kimsəsizlərə, ehtiyacı olanlara qayğı göstərildiyini qeyd etdi. Rayonumuzun bir çox məktəblərinin də həmin Fondun dəstəyi ilə əsaslı təmir olunduğunu, müasir standartlar səviyyəsində yenidən qurularaq balalarımızın ixtiyarına verildiyini vurğuladı.
Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 nəfər məktəbliyə yeni məktəbli formaları təqdim olundu.

Keçidlər