“İlin ən yaxşı ümumtəhsil müəssisəsi” adına layiq görülmüş məktəblərimizin müəllim heyəti mükafatlandırıldı.
12 sentyabr 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbir çərçivəsində “İlin ən yaxşı ümumtəhsil müəssisəsi” adına layiq görülmüş Ələt qəsəbəsindəki 110 və Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəblərin bir neçə müəllimi mükafatlandırıldı.
Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “2012-2013-cü tədris ilində ilin ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi adına layiq görülmüş məktəblər sırasında Qaradağ rayonunun da təmsil olunmasını fərəh verici hal kimi dəyərləndirdi. Bunu təhsilimizin yüksəlmə səviyyəsi kimi qiymətləndirərək gələcəkdə də digər məktəblərimizin bu uğura imza atmasını arzuladı.
Qeyd etmək lazımdır ki, Ələt qəsəbəsindəki 110 nömrəli orta məktəb “Bakı şəhəri Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2011-ci il tarixli 1417 saylı Sərəncamına əsasən müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş və 2011-2012-ci tədris ilində məktəblilərin ixtiyarına verilmişdir.
Tədbir çərçivəsində Ələt qəsəbəsindəki 110 və Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəblərin bir neçə müəllimi qiymətli hədiyyələrlə mükafatlandırıldı.