Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq işləri davam edir.

04 sentyabr 2013 | 10:00

Respublikamızın hər yerində olduğu kimi Qaradağ rayonunun da geniş tikinti-quruculuq və abadlıq işləri davam edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində eləcə də, daxili imkanlar hesabına görülən işlər rayonun inkişafına xüsusi təkan verir, simasını dəyişir və gözəlləşdirir. 
Bakı-Salyan yolu istiqamətində gözoxşayan istinad divarları, işıqlandırılan yollar xüsusi zövq verir. Məhz bu qəbildən olan Bakı-Salyan yolu üzərində yerləşən “Neftçi” abidəsi ətrafında aparılan abadlıq işləri diqqəti cəlb edir. Belə ki, “Neftçi” abidəsi adlanan yerdə hovuz quraşdırılıb suya xüsusi rəng verilərək neftin axması canlandırılır. Bundan əlavə 10850 m2 əraziyə ot örtüyü vurulub 4 ağaç kompozisiyası və 100-dən artıq müxtəlif ağaçlar əkilib.

Keçidlər