Şriftin ölçüsü :

Saytın rəngi :

26 İyun – Narkotik Vasitələrin Sui-istifadəsi və Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkomaniyaya qarşı birgə mübarizə: Sağlam gələcəyimiz naminə” adlı dəyirmi masa keçirildi

24 iyun 2026 | 17:37

   24 iyun 2026-cı il tarixində  Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun – Narkotik Vasitələrin Sui-istifadəsi və Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkomaniyaya qarşı birgə mübarizə: Sağlam gələcəyimiz naminə” adlı dəyirmi masa keçirildi
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin hüquq və kadr məsələləri sektorunun müdiri Firidun Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Ruslan İsmayılov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru, polis leytenantı Atabəy Mənsumzadə, Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, və rayon müəssisələrinin əməkdaşları iştirak ediblər.
   Çıxış edənlər narkomaniyanın cəmiyyətə, xüsusilə də gənc nəslin sağlam inkişafına vurduğu zərərlərdən bəhs edərək, bu istiqamətdə aparılan profilaktik tədbirlərin, maarifləndirmə işlərinin və hüquqi mübarizənin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, ailə və ictimaiyyətin də üzərinə mühüm vəzifələr düşür.
   Tədbir çərçivəsində iştirakçılara narkomaniyanın fəsadlarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib, həmçinin mövzu ilə bağlı məlumatlandırıcı bukletlər paylanılıb. Dəyirmi masa iştirakçıları mövzu ətrafında fikir mübadiləsi apararaq gənclərin sağlam həyat tərzinə təşviq olunmasının vacibliyini qeyd ediblər.

Keçidlər