Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirildi

25 iyun 2023 | 18:33

   24 iyun 2023-cü il tarixində Qaradağ rayonunda yerləşən Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində  26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirildi.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Yap Qaradağ rayon təşkilatının əməkdaşları, Qızıldaş bələdiyyəsinin üzvləri və  qəsəbə sakinləri iştirak etdi.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Leyla Əsədullayeva çıxış edərək, tariximizə qızıl hərflərlə yazılmış 26 iyun Silahlı Qüvvələri Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gün olduğunu qeyd etdi. Bu əlamətdar günün ilk dəfə 1998-ci ildə məhz Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə bayram günü kimi qeyd olunduğunu diqqətə çatdırdı.

        Tədbir konsert proqramı ilə davam etdi

Keçidlər