Şriftin ölçüsü :

Saytın rəngi :

Puta qəsəbəsində səyyar görüş

27 iyul 2013 | 10:00

26 iyul 2013-cü il tarixində  Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbədə sakinləri iştirak etmişdir.
Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyevə qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemlərini haqqında geniş danışmışlar.
Qəbula gələn qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini narahat edən problemləri dinlənildikdən sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Zəfər Əliyev müraciətlərdə qaldırılan problemlərin onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Zəfər Əliyev Respublika Prezidentinin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görülən işlərin sürətlə qəsəbənin inkişafına təkan olduğundan, rayonun inzibati ərazisində tikilən sənaye obyektlərinin qəsəbənin işsizlik probleminin aradan qaldırılmasında xüsusi rolunun olduğunu bildirmişdir.

Keçidlər